Dünyaca məşhur futbolçuların zəngin övladları - FOTOLAR
Dünyanın ən məşhur futbolçuları hər zaman zəngin həyatları, dəbdəbəli evləri, lüks maşınları ilə gündəmə gəlirlər.
Minval.info xəbər verir ki, həmçinin, onların şəxsi həyatları, övladları da bir çoxlarına maraqlıdır. Ulduz futbolçuların övladları da onların dəbdəbəli həyatının zövqünü yaşayırlar.
Onlardan bəzilərini təqdim edirik:
Kristiano Ronaldo

Dünyanın ən çox qazanan futbolçularından portuqaliyalı Ronaldo “İnstagram” profilində tez-tez 7 yaşındakı oğlu Kristiano Ronaldo Junior ilə şəkil paylaşır. Bu şəkillərin çoxu onların 3 milyon dollar qiyməti olan “Bugatti Chiron”-unda çəkilib. Ronaldonun barəsində “mənim kiçik formam” dediyi oğlunun da lüks maşınlara həvəsli olacağı görünür.
Lionel Messi

3 oğlan uşağı atası “Barcelona”-nın ulduzu Messi ekzotik adalara övladları ilə birlikdə səyahət etməyi çox sevir.
Neymar

Futbol tarixinin əh bahalı transferi Neymarın oğlu Davi Lukka 6 yaşında olsa da, “İnstagram”-da 1 milyondan çox daimi izləyicisi var. Vaxt tapdıqca ailəsi ilə vaxt keçirən Neymar da Messi kimi ekzotik adalara səyahət etməyi sevir.
Ueyn Runi

Runi 3 uğlu – Kit, Kai və Klay “Nike” brendinə xüsusi maraq göstərirlər. Cütlük övladlarını hər zaman “Nike”-ın ən bahalı və dəbdə olan paltarlarını geyindirir.
Sesk Fabreqas

Fabreqas və həyat yoldaşı Daniella Seman Dubay sevdalısıdırlar. Cütlük övladlarını da götürüb tez-tez özəl jetləri ilə tətilə gedirlər.
Con Terri

“Çelsi” və İngiltərə milli komandasının əfsanə kapitanı Con Terri 12 yaşında əkizləri var. Summer və George adında əkizlər özəl jet və yaxtalarda çəkdirdikləri şəkilləri tez-tez paylaşırlar.
Jerar Pike

Kolumbiyalı müğənni Şakiranın həyat yoldaşı Pike iki uşaq atasıdır. 31 yaşlı Pikenin sərvəti 1 milyard dollardan çoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
PSJ-nin sahibi daha bir məşhur klubu alır
"Real"ın yeni transferinin halı pisləşdi, konfrans yarımçıq qaldı
Məşhur türk şirkəti Azərbaycan klubunun sponsoru oldu - RƏSMİ
Benzema ÇL-nın ən yaxşısı seçildi
Qurbanov ən çox qələbə qazanmış baş məşqçi oldu
Mariya Stadnikdən erməni müğənninin Bakıya gəlişinə sərt reaksiya - FOTO
İspaniya La Liqası: “Real Madrid” “Sevilya” üzərində qələbə qazanıb