DTX əməliyyat keçirdi: Milyonlar oğurlayan hakerlər saxlanıldı
Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanda kibercinayətkarlıqla məşğul olan şəxslərə qarşı əməliyyat keçirib, iki xarici ölkə vətəndaşı saxlanılıb.
DTX-nin mətbuat xidmətindən “Minval.info”-ya daxil olan məlumatda qeyd olunur ki, 2018-ci ilin mayında əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı hesablara, buradan isə MDB ölkələrindəki hesablara köçürülməsi və oğurlanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub.
Daxil olan məlumatlar əsasında DTX-da cinayət işi başlanılıb və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş əməliyyat nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç müəyyən edilərək saxlanılıb, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub.
Saxlanılan şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 177 (oğurluq) və 272 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəhid övladının tabutunu başında daşıyan ana - VİDEO
Tovuzda müəllim və məktəbin psixoloqu koronavirusa yoluxdu
Bakıda yataqxana yandı: məmurlar hadisə yerində (FOTOLAR)
Sülhməramlıların Laçın dəhlizindəki postları sökülür - Video
Azərbaycanda icra başçısı belə həbs edildi - ŞOK VİDEO
“Polisdə olmuşam, amma narkotik satmaqla saxlanılmamışam” - Video
Fazil Mustafa: “Bir millət, bir dərman, iki dövlət...”
