Dövlət qurumlarından hava ilə bağlı XƏBƏRDARLIQ
Bakı Nəqliyyat Agentliyi hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
Agentlikdən bildirilib ki, BNA sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını tövsiyə edir.
Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələri xahiş edilib.
Təhsil Nazirliyi də həmçinin hava ilə əlaqədar valideynlərə xəbərdarlıq edib. Qurum tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırıb. Eyni zamanda Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərindən göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunub.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
190 manatla bağlı ən çox verilən sualların - Cavabları
Adil Qeybulla: “Biabırçılıqdır, nə deyəsən, adam danışmağa da utanır”
DİN-dən diplomatik nömrəli avtomobilin qayda pozuntusu ilə bağlı AÇIQLAMA
ABŞ səfirliyi Bakıdakı partlayışla bağlı başsağlığı verib
Bakıda maşın qiymətinə ağac - kimlər alır? FOTO VİDEO
Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açılıb
XİN 9 Mayla bağlı bəyanat yaydı