Dollar kreditlərinə görə verilən kompensasiya ilə bağlı YENİ XƏBƏR
Azərbaycanda dollar kreditləri ilə bağlı kompensasiyalarını hər hansı səbəbdən almamış vətəndaşların mayın 31-dən sonra da vaxtı var.
Minval.info xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev bildirib.
“Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası bu gün başa çatır. Amma hələ də ona düşən kompensasiyanı gəlib almayan vətəndaşlar var. Həmin vətəndaşlar kompensasiyalarını ilin sonuna qədər götürə bilərlər”, – deyə o, qeyd edib.
Palata rəsmisi fərmanın icrası ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının fəaliyyəti barədə də məlumat verib: “İndiyə qədər komissiyaya 25 min nəfərə yaxın vətəndaş müraciət edib. Onlardan 12 mininin müraciətinə baxılıb və şəxsi kabinetlərinə cavablar göndərilib. Müraciətlər xüsusi araşdırma tələb etdiyi üçün müəyyən qədər vaxt alır. Baxılmamış müraciət qalmayacaq, bütün müraciətlər növbəlilik prinsipi ilə cavablandırılacaq. Vətəndaşlara vaxtaşırı şəxsi kabinetlərini yoxlamaları tövsiyə olunur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR