Diş həkimi azyaşlı xəstələrinə hipnoz vasitəsilə cinsi zorakılıq edib
Həkimin cinayəti 32 ildən sonra məlum olub.
Minval.İnfo xəbər verir ki, Avstraliyanın Armideyl şəhərinin tanınmış diş həkimi azyaşlı uşaqlara hipnoz vasitəsilə cinsi-zorakılıq etdiyinə görə, həbs edilib.
82 yaşlı Verner Otto Şvarts, tibbi müayinə məqsədilə öyrədilən hipnoz vasitəsilə 17 cinayət işi törədib. Onun qurbanları 1981-1984-cü illərdə 16 yaşına çatmamış 4 oğlan uşağı olub. Lakin həmin şəxslər həkimin cinayəti barəsində 2013-cü ildə polisə şikayət ediblər.
Dindirilmə prosesi zamanı həkim etiraf edib ki, hipnozu yalnız müalicə zamanı uşaqların ağrı hiss etmələri üçün deyil, həmçinin cinsi- zorakılığı xatırlamasınlar deyə edib. İllər keçməsinə baxmayaraq bu dəhşətli anları unutmayan qurbanlar həkimin cinayəti barəsində mühafizə orqanlarına şikayət ediblər.
Şikayət zamanı onlar bildiriblər ki, illər ərzində susmalarının səbəbi həkim Şvartsın cəmiyyətdə nüfuzlu şəxs olması və bu nüfuzdan qorxmaları olub. Məhkəmənin qərarına əsasən cinayətkara 8 il hökm oxunub. Lakin yerli sakinlər hakimin qərarından narazı qalaraq Şvartsın belə bir dəhşətli cinayət törətdiyinə inamadıqlarını bildiriblər.
Zeynəb Əkbər
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib