14.07.2018 - 12:54
Ölkə
36 baxış
Deputatlar tətilə çıxır: nə qədər məzuniyyətpulu alacaqlar?

Sabah – iyulun 15-də Milli Məclisinin deputatları tətilə çıxacaqlar.
Minval.İnfo modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar rəsmən iyul ayının 15-dən tətilə buraxılacaq.
“Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə ( Deputatın məzuniyyəti) əsasən, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.
Milli Məclisin sədri 4950 manat, Milli Məclis sədrinin I müavini 4454 manat, Milli Məclis sədrinin müavini 4206 manat, sıravi deputatlar isə 3464 manat müavinət alacaqlar.
Tətil müddəti avqustun 30-dək davam edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı və Sumqayıtda sentyabr pensiyaları ödənildi
11.09.2026 - 17:01
Azərbaycan və İordaniya arasında vizasız səyahət razılığı
11.09.2026 - 16:47
Buraxılış imtahanının nəticələri açıqlandı!
11.09.2026 - 16:40
Azərbaycan balı Avropa İttifaqı bazarına çıxır
11.09.2026 - 16:19
Azərbaycanda erkən analıq: 2022-ci ilin statistikası
11.09.2026 - 16:12
Rövşən Nəcəfdən "Sabah"a mövsüm öncəsi dəstək
11.09.2026 - 15:51
Azərbaycanlılar qara siyahıda: Sərhəddə ciddi nəzarət!
11.09.2026 - 15:37
Maaş və pensiyalar artır: Yeni müjdələr yolda!
11.09.2026 - 15:30