20.01.2023 - 14:28
Foto
117 baxış
Davamçılar 20 Yanvar şəhidlərini yad ediblər
20 Yanvar – Ümumxalq Hüzn günü ilə əlaqədar olaraq “Davam” Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, Bölgələrdəki İnkişaf Layihələrinin İnteraktiv Koordinasiya Mərkəzinin (BİLİK) rəhbəri Niyaz Əliyev, Davamlı İnkişaf Xidmətinin rəhbəri Aygün Hüseynova, katibliyin əməkdaşları və 300-dən çox davamçının iştirakı ilə Şəhidlər xiyabanı ziyarət edilib və şəhidlərimizin əziz xatirəsi yad olunub.Davamçılar ölkəmizin azadlığı uğrunda həlak olan Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingenti xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə Bakını zəbt edib. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
26.07.2026 - 15:24
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
26.07.2026 - 15:02
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
06.02.2026 - 14:54
Ukraynada korrupsiya qalmaqalı böyüyür
19.11.2025 - 17:17
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
19.11.2025 - 16:38
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
19.11.2025 - 15:12