Daha bir bağçada uşağa qarşı şiddət: Üzünə dağ basdılar - FOTOLAR
Gəncə şəhər 31 saylı usaq evində körpəyə qarşı daha bir müəllimə tərəfindən şiddət yaşandığı iddia olunur.
Minval.İnfo xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat verib. Xasməmmədovun bildirdiyinə görə, bağçada işləyən Gülnarə adlı müəllimə 1 yaş 6 aylıq olan Sara adlı uşağın üzünə dağ basıb. Valideyn uşağın bu halını görüb şikayət edərkən müəllimə deyib ki, “uşaq-uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb”.
“Ancaq uşağı ekspertizaya aparıblar, orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub. Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib.”- deyə hüquq müdafiəçisi bildirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ


