07.02.2023 - 16:13
Foto 107 baxış

Dağıntılar altında qalan uşaq xilas olunmağını gözləyir – FOTO

Balaca uşaq dağıntılar altında xilasedicilər tərəfindən çıxarılmasını gözləyir.

AZXEBER.COM xəbər verir ki, Hatayın Antakya rayonunda zəlzələ nəticəsində dağılan binada belindən aşağı dağıntılar altında qalan 7-8 yaşlı uşaq xilas olunmağı gözləyir. Suriyalı olduğu və valideynlərinin də dağıntılar altında qaldığı bildirilən uşaq yaşadığı şokdan danışa bilmir.

Bədəni belindən aşağı dağıntılar altında qalan 7-8 yaşlı suriyalı uşaq üçün vətəndaşlar səfərbər olub. Ana və atasının da dağıntılar altında qaldığı deyilən uşaq yaşadığı şokdan danışa bilməyib.

Betonun altında qalan uşağı bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb.

Vətəndaşlar uşağı üşüməsin deyə yorğan-döşəyə büküb, susuz olanda içmək üçün yanında plastik butulkada su qoyublar.

 

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: