Corc Rassell Bakıdakı qran-pridə uğur qazandı
“Mersedes” komandasının pilotu Corc Rassell Azərbaycan Qran-prisində qazandığı qələbə ilə bağlı fikirlərini bölüşüb. Bu yarış onun üçün xüsusi əhəmiyyət daşıyırdı.
Minval.info xəbər verir ki, Rassell yarışdan sonra verdiyi açıqlamada Bakıdakı yarışın onun üçün çox uğurlu keçdiyini bildirib. O, hər yarışa qalib gəlmək məqsədilə çıxdığını vurğulayıb və bu dəfə məqsədinə nail olduğunu qeyd edib.
“Son Qran-prilər mənim üçün uğursuz idi, amma Bakıda yaxşı nəticə əldə etdim,” – deyə o bildirib. Son dövrədə sarı bayraqların olması səbəbindən sürətini bir qədər azaltdığını da əlavə edib.
Yarışın nəticələrinə görə, Corc Rassell bütün rəqiblərini qabaqlayaraq birinci olub. “Red Bull” komandasından Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü yeri tutub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol istefa verdi
Zidan Fransanın təlim-məşq toplanışında bərbərlərə qadağa qoydu
Macarıstan-Ukrayna oyununda gərgin anlar yaşandı
İrlandiya İsrail ilə qarşılaşma öncəsi mətbuat konfransı keçirəcək
Corc Rassell bakı Qran-prisində liderliyini qoruyur
Neftçinin legioneri Denzel Jubitana millidə fərqləndi
“Qarabağ”ın hücumçusu Yamayka millisində parladı