Corc Rassell bakı Qran-prisində liderliyini qoruyur
Bakı şəhərində təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarışın gərgin mübarizəsi davam edir. Yarışın ilk dövrələrində “Mersedes” pilotu Corc Rassell liderliyini qoruyur.
Minval.info xəbər verir ki, hazırda ikinci yerdə “Maklaren” komandasından Oskar Piastri qərarlaşıb. Üçüncü pillədə isə “Red Bull” pilotu Maks Ferstappen yer alır.
Bakı treki 20 döngədən və 51 dövrədən ibarət olub, ümumilikdə 306,049 km məsafəni əhatə edir. Bu, sürücülər üçün həm sürət, həm də texniki bacarıqlarını göstərmək üçün ideal bir yoldur.
Qeyd edək ki, paytaxtda ilk dəfə 2016-cı ildə keçirilən bu yarış Avropa Qran-prisi kimi tanınmışdı. Sonraki illərdə isə Azərbaycan Qran-prisi adı altında davam etdirilib. Pandemiya səbəbindən 2020-ci ildə yarış keçirilməmişdi.
Hazırkı mövsümdə “Mersedes”in üstünlüyü davam edir. Komandanın italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir, onu Corc Rassell və “Ferrari”dən Lüis Hemilton izləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol istefa verdi
Zidan Fransanın təlim-məşq toplanışında bərbərlərə qadağa qoydu
Corc Rassell Bakıdakı qran-pridə uğur qazandı
Macarıstan-Ukrayna oyununda gərgin anlar yaşandı
İrlandiya İsrail ilə qarşılaşma öncəsi mətbuat konfransı keçirəcək
Neftçinin legioneri Denzel Jubitana millidə fərqləndi
“Qarabağ”ın hücumçusu Yamayka millisində parladı