Çempionlar Liqasındə gərgin gecə: Komandalardan əzmkar mübarizə - VİDEO
Dünən futbol üzrə Çempionlar Liqasında daha bir finalçı bəlli oldu.
Minval.info-nun məlumatına görə, ingilislər qitənin ən nüfuzlu turnirinin kubok uğrunda son qarşılaşmasına vəsiqə qazandı.
“Liverpul” yarımfinalda İtaliya “Roma”sını ilk qarşılaşmada rahatlıqla məğlub etsə də, cavab matçı bir qədər çətin oldu. Belə ki, “canavarlar” təslim olmaq fikrində deyildilər. Oyun başlayan kimi hücuma atılan italyanlar əks-hücumda yaxlanıb qapısında qol gördü. Lakin çox keçmədi ki, “Roma” bunun cavabını verə bildi. İtaliyada keçirilən görüş qarşılıqlı hücumlarla keçdi. “Canavarlar”ın növbəti mərhələyə keçməsi üçün zaman yetmədi. Cəmi bir top vurmaqla “Roma” əlavə edilmiş dəqiqələrə psixoloji üstünliklə yollana bilərdi. Belə olan halda, italyanların növbəti mərhələ keçməsi daha real görünürdü.
Dünənki görüş hakim səhvləri ilə yadda qaldı və hesab olunur ki, referi “Roma”nın əleyhinə qərarlar verirdi.
Qeyd edəək ki, mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək həlledici qarşılaşmada İspaniya “Real Madrid”inə İngiltərənin “Liverpul” komandası rəqib olub.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
2 may
22:45. “Roma” (İtaliya) – “Liverpul” (İngiltərə) – 4:2
Qollar: Ceyms Milner, 15 (öz qapısına). Edin Ceko, 52 – Sadio Mane, 9. Jorjinyo Veynaldum, 26. Raca Nainqqolan, 86; 90+4 (penalti ilə)
Baş hakim: Damir Skomina (Sloveniya)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qarabağ” üçün 1 oyunda 2 uğursuzluq
“Arsenal”dan ayrılan futbolçu “Fənərbaxça”da
"Sumqayıt" "Səbail"i məğlub etdi
Qurban Qurbanov: Oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı
UEFA Millətlər Liqasında III tura start veriləcək
Qurban Qurbanov: Oyundan razı, nəticədən narazı qaldım
Qurban Qurbanov: “ Hələ tam istədiyimiz səviyyəyə çatmamışıq”