Çempionlar Liqası: "Real" qarşısına keçəni əzir... (VİDEO)
Dünən futbol üzrə Çempionlar Liqasında növbəti yarımfinal qarşılaşması baş tutub.
Minval.info xəbər verir ki, Almaniyanın “Bavariya”sı doğma meydanda İspaniyanın “Real Madrid” komandasını qəbul edib. Almanlar oyuna fəal başlayıblar və nəticədə hesabı açmağa müvəffəq olublar.
Lakin bərabərlik qolunu vurmağa can atan “Kral” klubu fasiləyə yollanmağa az qalmış istəyinə nail olub. Qonaqlar meydan sahiblərini mərkəzdən başlamağa məcbur edib.
Almanların heyətində zədə səbəbindən məcburi dəyişiliklər təsirsiz ötüşməyib. İkinci hissədə madridlilər daha yaxşı oyun sərgiləyiblər. Nəticədə “Bavariya”nın müdafisindəki səhvdən sonra “Real” növbəti qolunu vurub.
Qeyd edək ki, “Real” Çempionlar Liqasında 150 qələbə qazanan ilk klub olub.
“Bavariya” (Almaniya) – “Real” (İspaniya) – 1:2
Qollar: Kimmix, 28 – Marselo, 44, Asensio, 57
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yeni nazir AFFA-ya gəldi, ona hesabat verildi
Dünyanın ən bahalı futbolçularının adları açıqlandı
Azərbaycanlı xanım idmançı əriylə açıq-saçıq FOTOLARını yaydı
Daha bir cüdoçumuz koronavirusa yoluxdu
"Real" daha bir dünya ulduzunu transfer edir
Gənc hücumçu "Milan"da
Mbappedən gözlənilməz qərar