Cavani Neymara görə PSJ-dən gedir
Edinson Kavani PSJ-dən ayrılırır. Uruqvaylı ulduz Neymarla aralarında yaranan gərginlikdən sonra özünü Paris klubunda xoşbəxt hiss etmir.
Minval.İnfo xarici KİV-lərə istinadən xəbər verir ki, Kavani “Dijon”la oyunda Zlatan İbrahimoviçin rekordunu qırmaq üçün fürsət qazansa da, Neymar penalti zərbəsini onun vurmasına imkan verməyib və azarkeşlər tərəfindən fitə basılıb.
Daha əvvəl də iki ulduz futbolçu arasında problemlər yaranmışdı. Neymar şəxsi eqosuna görə, klubda bir neçə dəfə söz-söhbətə səbəb olub. Son hadisədən sonra Kavani rəhbərliyə komandadan getmək istədiyini deyib. Rəhbərliyin də onun gedişinə razılıq verə biləcəyi deyilir. 30 yaşlı ulduzun xidmətində “Yuventus” və “Atletiko” maraqlıdı.
Qeyd edək ki, PSJ Kavanini 2013-cü ildə “Napoli”dən 65,5 milyon avroya almışdı. Hazırda “Transfermarkt” ona 45 milyon avro qiymət qoyub. 30 yaşlı forvard cari mövsümdə keçirdiyi 28 oyunda 26 qol vurub və 6 məhsuldar ötürmə edib.
Minval.İnfo
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
