Çəlimsiz olduğuna görə “Seltik” dən qovuldu, indi onu "Real Madrid" istəyir
22 yaşlı gənc şotland futbolçu Endru Robertson bu il “Liverpul” un heyətində uğurlu çıxış edən futbolçulardan biridir.
Komandaya baş məşqçi Klopun istəyilə qəbul edilən oyunçu hazırda premerliqada mövqeyinin ən yaxşılarından biri sayılır. Ancaq şotlandiyalı oyunçu bu mövqeyə çatana qədər bir çox çətinliklərlə üzləşib.
Minval.İnfo xəbər verir ki, hələ uşaqkən “Seltik” in skautları tərəfindən kəşf olunan Robertson 15 yaşında çox çəlimsiz olduğuna görə komandadan qovulur. Ailəsi ona futbolu unutmasını söyləsə də, o, futbola davam edir.
Bundan sonra alt liqada mübarizə aparan “Kuin park” klubunda həftəlik 8 dollar gəlirlə oyunlara çıxır. Daha sonra “Hall Siti” klubunda premerliqa təcrübəsi qazanan oyunçu 2017-ci ilin yayında “Liverpul” a transfer olunur.
Hazırda oyunçunun adı ispan nəhəngləri “Barselona” və “Real Madrid” klubuları ilə hallanır.
Tamerlan Mehdi
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!