08.08.2026 - 13:41
Hadisə 33 baxış

Cəbrayıl turizm partlayışı: Turist axını və gəlir artımı rekorda doğru

2026-cı ilin ilk üç ayında Azərbaycanın müxtəlif bölgələrində turizm sahəsində əhəmiyyətli artım müşahidə edilib. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə turizm göstəriciləri diqqət çəkib.

Minval.info xəbər verir ki, Dövlət Turizm Agentliyinin məlumatına görə, Cəbrayıl rayonu turizm gəlirlərinin artımında ön sıralarda yer alıb. Burada gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 320 faiz artaraq 226,7 min manatdan 952,7 min manata yüksəlib.

Füzuli rayonu 239 faiz, Zəngilan 160 faiz, Laçın 126 faiz, Şuşa və Ağdam isə 97 faiz artım göstərib. Bakı şəhərində də turizm gəlirləri keçən ilin ilk rübü ilə müqayisədə 37 faiz artaraq 543,9 milyon manatdan 743 milyon manata çatıb.

Turist sayında da əhəmiyyətli artım qeydə alınıb. Cəbrayıla gələn turistlərin sayı keçən ilin ilk rübündəki 914 nəfərdən 8 min 215 nəfərə yüksələrək 799 faiz artım göstərib. Zəngilanda turist sayı 929 nəfərdən 6 min 290 nəfərə (577 faiz), Füzulidə 3 min 290 nəfərdən 16 min 563 nəfərə (403 faiz), Ağdamda 7 min 629 nəfərdən 21 min 312 nəfərə (179 faiz), Şuşada isə 15 min 279 nəfərdən 36 min 255 nəfərə (137 faiz) çatıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: