Buffon “Yuventus”da sonuncu dəfə meydana çıxdı – FOTO-VİDEO

“Yuventus” futbol üzrə İtaliya A Seriyasının 38-ci turunda “Verona” üzərində qələbə qazanıb.
Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, məlumatına görə, turinin “Alyans” stadionunda keçirilən görüş 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
“Qoca Sinyora”nın heyətində Daniele Ruqani və Miralem Pyaniç, “Verona”da isə Alessio Çerçi fərqlənib.
Əfsanəvi qapıçı Canluici Buffon “Yuventus”un heyətində son matçını keçirib. 40 yaşlı futbolçu 64 dəqiqə meydanda olub və Karlo Pinsolyo ilə əvəzlənib. Azarkeşlər Buffonu ayaqüstə alqışlarla yola salıblar.
Canluici Buffon “Yuventus”a 2001-ci ildə “Parm”dan gəlib. O, qapıçı olaraq klubla 17 mövsüm oynayıb, onlarla 11 çempionluq titulunu qazanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!










