Bu gün ÇL-da "Real" "Bavariya"ya qarşı - Hər iki komandada zədəlilər var...
Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.
Minval.info-nun məlumatına görə, yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Real” “Bavariya”nı qəbul edəcək.
Ötən həftə “Kral” klubu Almaniyada meydan sahibləri üzərində 2:1 hesabı ilə qalib gəlib. İspaniya klubu növbəti dəfə finala vəsiqə qazana bilər. Lakin ispanlar öz meydanında daha zəif oyun nümayiş etdirirlər. Bundan öncə İtaliyanın “Yuventus” komandası ilə qarşılaşan “Real” səfərdə böyük hesabla qalib gəlsə də, öz Madriddə öz qapısından 3 top buraxdı.
Heyətlərə gəldikdə isə, “Kral” klubunda həm Dani Karvahal, həm də Naço zədəlidir, yarımmüdafiəçi İskonun da oyuna çıxmağı sual altındadır.
Almanlarda isə müdafiəçi Jerom Boatenq, Arturo Vidal görüşdə forma geyinə bilməyəcək. Zədə səbəbindən meydana çıxmayacaq oyunçuların sırasında Aryen Robbenin də adı çəkilir. Lakin bu hələ dəqiq deyil.
22:45. “Real” (İspaniya) – “Bavariya” (Almaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Madrid, “Santyaqo Bernabeu” stadionu
İlk oyun – 2:1
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kasilyas karyerasını bitirdi
İspaniya və Polşadan böyük hesablı qələbə, Ermənistan darmadağın olub
Azərbaycanda yeni basketbol liqası yaradılır
“Real”da ciddi itki
Azərbaycanlı iş adamı Türkiyə klubunu aldı - Rəsmi (Foto)
"Keşlə" milli üzvünə görə təzminat alıb: "Yeni hücumçu axtarırıq"
"Barsa" 2021-ci ilin fevralına kimi oyunlarını azarkeşlərsiz keçirə bilər