Bu gün Çempionlar Liqasının oyunları var!
Bu gün Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmaları keçiriləcək.
Minval.info xəbər verir ki, İtaliyanın “Roma” klubu doğma azarkeşlər önündə “Barselona”nı qəbul edəcək. Səfərdə 1:4 hesabı ilə məğlub olan “canavarlar”ın növbəti mərhələyə çıxması çətin görünür. Katalonlar isə demək olar ki, elə ilk oyundan yarımfinala vəsiqəni təmin edib.
Günün digər matçı ingilis klubları arasında keçiriləcək. “Mançester Siti” “Liverpul”la qarşı-qarşıya gələcək. İlk görüşdə qapısında 3 cavabsız top görən “şəhərlilər”in növbəti mərhələyə keçmək şansı bir az müşkül məsələyə çevrilib. Qarşısındakı komanda heç də zəif deyil.
10 aprel
22:45. “Roma” – “Barselona”
İlk oyun – 1:4
22:45. “Mançester Siti” – “Liverpul”
İlk oyun – 0:3
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq