25.09.2026 - 16:05
Bred Pittin alkoqola qayıtması ilə bağlı şayiələr yayılıb
İdman 7 baxış

Bred Pittin alkoqola qayıtması ilə bağlı şayiələr yayılıb

62 yaşlı Hollivud ulduzu Bred Pitt, San-Sebastyan Film Festivalında qırmızı xalçada görünməsi ilə yenidən gündəmə gəlib. O, “Vəhşi ürək” filminin premyerasına 33 yaşlı sevgilisi İnes de Ramonla birlikdə qatılıb. Cütlük əl-ələ verərək kameralara poza verib. Pitt klassik smokinqdə, sevgilisi isə zümrüd rəngli uzun libasda idi.

Minval.info xəbər verir ki, bəzi izləyicilər Pittin alkoqol asılılığına yenidən qayıda biləcəyi barədə şayiələr irəli sürüblər. Lakin bu iddiaları təsdiqləyən hər hansı bir sübut yoxdur.

Bununla yanaşı, müzakirələrdə Pittin övladları ilə olan münasibətlərinin gərginliyi də diqqət mərkəzindədir. İddialara görə, uşaqlarının atasının soyadını daşımaqdan imtina etməsi, aktyora mənfi təsir göstərib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: