Binəqədi sakinləri gizli "missiyanın" qurbanına çevrilib - Gecə saatlarında...

Binəqədi rayonunun eyni adlı qəsəbəsində sakinləri gizli işlərlə məşğul olan sahibkarın əlindən bezar olublar.
Minval.info xəbər verir ki, 1-ci mədən 8-ci korpus ərazisində yerləşən köhnə “Bakı Dəzgahqayırma” zavodu imkanlı şəxs tərəfindən satın alınıb. Onun tapşırığı əsasında zavodun sexlərindən birində gecə saatlarında alminium əritmə işləri aparılır. İşlərin belə vaxtın görülməsinə səbəb isə müvafiq qurumların məsələdən xəbər tutmaması ilə bağlı olduğu bildirilir.
Bu barədə Binəqədi sakinləri minval.info-ya məlumat verib və qeyd ediblər ki, hər gecə sakinlərin rahatlığı pozulur.
“Həmin zavodun təyinatı belə dəyişib. Bu isə qanunsuzdur. Ərazidə 13 məcburi köçkün ailəsi yaşayır. Onlara ev verib oradan çıxarmaq əvəzinə, zəhərli tüstü “hədiyyə” edirlər. Maşın mexanizmləri səsi insanları dəng edib” – sakinlər bildirir.
Görünür, zavodun yeni sahibi sözügedən ünvanda yaşayan insaların dili-ağzı olduğunu unudub. Yaxud da onların bu səs-küyə və narahatlığa qatlanacağını düşünüb.
Ümidvarıq, tez bir zamanda sakinlərin probleminin həlli üçün müvafiq addımlar atılacaq.
Samir Mirzə / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
Şərurda yanğın: 9 heyvan tələf oldu


