Biabırçı hesabla uduzan “Neftçi”dən daha bir rəzalət
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” yoxlama matçı çərçivəsində Rusiyanın “SKA-Xabarovsk” klubu ilə qarşılaşıb.
Qarşılaşma bakılıların biabırçı məğlubiyyəti ilə yekunlaşıb. Rusiya Premyer Liqasında sonuncu pillədə qərarlaşan komanda “Neftçi”ni darmadağın edib. Premyer Liqada keçirdiyi 20 oyuna 16 qol vuran “SKA-Xabarovsk”, bunun yarısını 90 dəqiqə ərzində “Neftçi”nin qapısından keçirib – 8:1.
Məsələ burasındadır ki, oyundan əvvəl klubun rəsmi “Facebook” səhifəsində oyunla bağlı paylaşımlar edilirdi. Qarşılaşma sosial şəbəkə vasitəsi ilə hətta canlı olaraq izləyicilərə təqdim olunurdu. Lakin biabırçı nəticədən sonra “Neftçi” – “SKA-Xabarovsk” matçı ilə bağlı bütün paylaşımlar klubun rəsmi “Facebook” səhifəsindən silinib. Bir sözlə, klub rəhbərliyi rəzaləti yaddan çıxarmaq üçün daha bir biabırçı addım atıb.
Görünür, biabırçı hesabla uduzandan sonra klub prezidenti Orxan Hüseynzadə başını itirib. Yoxsa, peşəkar klubun prezidenti olan şəxs niyə belə bir göstəriş versin ki? Yenicag.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək