“Beşiktaş” derbidən imtina etdi

“Beşiktaş” klubu “Fənərbaxça” ilə təkrar yarımfinal oyununa çıxmaqdan imtina edib.
Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, Türkiyə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında fanatların “qartalların” baş məşqçisi Şenol Günəşin başını yarmasından sonra matç 57-ci dəqiqədə dayandırılmışdı.
Reqlamentə əsasən “Fənərbaxça” klubuna texniki məğlubiyyət verilməli idi.
Ancaq məsələyə siyasətçilərin, o cümlədən ölkə prezidenti Rəcəb Tayyip Ərdoğanın qarışmasından sonra, Federasiya matçın yenidən boş tribunalar önündə keçirilməsini və 57-ci dəqiqədən davam etdirilməsini qət edib.
Bununla əlaqədar “Beşiktaş” klubunun rəhbərliyi təcili toplantı keçirib və Türk ali futbol qurumunun qərarını pisləyib. Rəhbərlik matçın dayandırıldığı yerdən davam etdirilməsi qərarını rədd edib.
Beləcə “Beşiktaş”ı 0:3 hesablı texniki məğlubiyyət gözləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!