“Beşiktaş”a texniki məğlubiyyət verilib
Türkiyə Peşəkar Futbol üzrə Nizam-İntizam Komitəsi “Fənərbaxça” ilə oyuna çıxmayan “Beşiktaş” futbol klubuna 3:0 texniki məğlubiyyət verilməsinə dair qərar qəbul edib.
“Report” xəbər verir ki, Komitənin qərarına əsasən, gələn il “Beşiktaş” Türkiyə kubokunun oyunlarına da buraxılmayacaq.
Qeyd edək ki, aprelin 19-da Futbol üzrə Türkiyə Kubokunun yarımfinal matçı çərçivəsində “Fənərbaxça” və “Beşiktaş” komandaları arasında keçirilən qarşılaşma ikinci yarıda yarımçıq dayandırılmışdı. Buna səbəb matçın 57-ci dəqiqəsində azarkeşlərin stadiona kənar əşyalar atması olmuşdu. Komandanın baş məşqçisi Şenol Günəş başından xəsarət almışdı.
Bundan əvvəlki qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatmışdı.
Xatırladaq ki, komitə oyunun 57-ci dəqiqədən davam etdirilməsi barədə qərar qəbul etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!