"Bavariya" "Borussiya Dortmund"u 6:0 hesabı ilə darmadağın edib - VİDEO
“Bavariya” futbol üzrə Almaniya çempionatının 28-ci turunda Dortmund “Borussiya”sını darmadağın edib.
Münhenin “Alyans Arena” stadionunda keçirilən matç 6:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
İlk beş qol birinci hissədə vurulub, 6-cı qol isə matçın sonlarında qeydə alınıb. Robert Levandovski het-trikə imza atıb. Tomas Müller, Hames Rodriqes və Frank Riberi hərəyə bir dəfə fərqlənib.
“Bavariya” bu qələbə sayəsində xallarının sayını 69-a çatdırıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Borussiya” 48 xalla üçüncüdür.
Almaniya Bundesliqası. 28-ci tur
“Bavariya” – “Borussiya D” – 6:0
Qollar: 1:0 – Levandovski – 5, 2:0 – Rodriqes – 14, 3:0 – Müller – 23, 4:0 – Levandovski – 44, 5:0 – Riberi – 45+1, 6:0 – Levandovski – 87.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Kuboku: Final matçının vaxtı bəlli olub
UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı
Arda Turana 2 il həbs cəzası verildi - SƏBƏB
"Beşiktaş"da maddi çöküntü...
Həbib: Əsl kişilərin harada doğuldunu görmək istəyirsənsə, gəl