Başqa ölkələrin silahlı qüvvələrinin Xəzərə daxil olması qadağan edildi

Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın iştirakçıları, konvensiya üzvü olmayan tərəflərə aid silahlı qüvvələrin Xəzər dənizinə daxil olmasının yolverilməzliyi prinsipinə riayət etməlidirlər.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda sənədin layihəsində qeyd olunur.
Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın iştirakçıları Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkəmistandır.
İyunun 22-də Rusiya hökuməti konvensiyanın layihəsini təsdiqləyib. Rusiyanın baş naziri Dmitri Medvedev sənədi imzalayıb.
Sənədin 3-cü maddəsinin 6-cı bəndinə görə, Xəzər dənizində tərəflərin fəaliyyəti “konvensiya üzvü olmayan tərəflərə aid silahlı qüvvələrin Xəzər dənizinə daxil olmasının yolverilməzliyi prinsipi” əsasında gerçəkləşdirilməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Eldar Əzizov məşhur restoranın qanunsuz addımının qarşısını aldı - FOTOLAR
Rus sülhməramlıların komandanı general Muradov barədə - MARAQLI FAKTLAR
Pandemiyanın bitmək üzrə olduğunu deyən nazir nəyi nəzərdə tutub?
MN: Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var
Azərbaycanla Ermənistan arasında son döyüşlərin yeni təfərrüatları