14.08.2026 - 12:23
İdman 15 baxış

Barselona rodri üçün son təklifini edir: Mançester siti qərar verməlidir

Barselona, Mançester Siti’nin ispaniyalı yarımmüdafiəçisi Rodri üçün üçüncü təklifini hazırlamağa başlayıb. Kataloniya klubu daha əvvəl 30 yaşlı futbolçunun transferi üçün iki təklif irəli sürmüşdü.

Minval.info xəbər verir ki, Mançester Siti əvvəlki təkliflərdə 50 milyon və 60 milyon avro məbləğlərini qəbul etməyib. İnsayder Fabritsio Romano bildirir ki, klublar arasında danışıqlar davam edir və Mançester Siti Rodri üçün ən azı 80 milyon avro tələb edir.

Rodri, 2025/26 mövsümündə Premyer Liqada 21 oyunda iştirak edib və 1 qol vurub. Çempionlar Liqasında isə 5 matçda iştirak etsə də, məhsuldarlıq göstərməyib. Barselona’nın üçüncü təklifinin məbləği və Mançester Siti’nin bu təklifə reaksiyası yaxın günlərdə məlum olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: