22.03.2018 - 15:31
İdman 2 baxış

"Barselona"dan iki transfer bombası

“Barselona”nın prezidenti Josep Maria Bartomeu gələn mövsüm üçün daha güclü heyət qurmaq məqsədi ilə fəaliyyətə başlayıb. Fanat.Az xəbər verir ki, Kataloniya klubunun heyətinə qatacağı bəzi futbolçular artıq bəllidi.

“Barselona”nın hədəfindəki əsas futbolçu “Atletiko”nun ulduzu Antoine Qrizmanndı. Kataloniyalıların mövsümün sonunda fransız futbolçunu heyətə qatacağı iddia edilir.

Andres İnyesta komandadan ayrılacaq və onun yerini Artur tutacaq. “Barselona” artıq braziliyalını 30 milyon avroya transfer etdiyini açıqlayıb.

“Barselona”nın növbəti transfer bombası “Bavariya”dan David Alaba olacaq. Bu futbolçu ilə “Real” da maraqlanır, amma kataloniyalıların daha şanslı olduğu bildirilir.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: