"Barselona"da ciddi itki - 1 ay oynamayacaq
İspaniya La Liqasının 27-ci turunda “Atletiko” üzərində minimal hesablı qələbə qazanan “Barselona” ciddi itki ilə üzləşib.
Qol.az-ın “Football Espana” nəşrinə istinadən yaydığı məlumata görə, kataloniyalıların yarımmüdafiəçisi Andres İnyesta sıradan çıxıb. Omba nahiyyəsindən zədələnən futbolçunun bir aya yaxın yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib. Bu isə o deməkdir ki, İnyesta martın 14-də “Çelsi” ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçını, eyni zamanda millisinin Almaniya (23 mart) və Argentina (27 mart) ilə keçirəcəyi yoldaşlıq oyunlarını buraxacaq.
Qeyd edək ki, “Atletiko” ilə oyunun 36-cı dəqiqəsində zədələnən İnyestanı Andre Qomes əvəzləmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq
UEFA "Fənərbağça" və futbolçularını araşdırır
