Bakının Mərkəzində alov həyəcanı: 28 May küçəsində mağaza yanğını nə ilə nəticələndi?
Bakı şəhərinin Nəsimi rayonunda, 28 May küçəsində yerləşən bir mağazada yanğın hadisəsi baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Minval.info xəbər verir ki, yanğınsöndürənlərin sürətli müdaxiləsi nəticəsində ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən və ümumi sahəsi 360 kvadratmetr olan obyektin yanğını qısa müddətdə nəzarət altına alınıb.
Yanğın zamanı obyektin tavanı, içərisindəki sarj avadanlıqları və dörd velosiped zərər görüb. Həmçinin, binanın ikinci mərtəbəsində yerləşən ikiotaqlı mənzillərin döşəmələri də müəyyən sahələrdə yanıb. Lakin obyektin və mənzillərin qalan hissəsi yanğından qorunub.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı