Bakının bu küçələrində maşın saxlamaq qəti qadağan olunacaq
tk2018-ci ilin yayında Bakı Nəqliyyat Agentliyi (BNA) avtomobil sahiblərinə 11 istiqamət üzrə maşınlarını paytaxt səkilərində saxlamağı qadağan edəcək. Bu barədə Sputnik Azərbaycan-a BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Ağayev məlumat verib.
Onun sözlərinə görə, tezliklə, məzuniyyətlər mövsümünün başlaması ilə paytaxtın aşağıdakı istiqamətlərində maşını parklamaq mümkün olmayacaq:
Tbilisi prospekti, Bakıxanov və Əbdülvahab Salamzadə küçələri istiqamətində;
Zivərbəy Əhmədbəyov, Cəfər Cabbarlı küçələrində, Azərbaycan prospekti, Bakıxanov və İstoqlaliyyət küçələri istiqamətində;
Həsən Əliyev küçəsində, Tbilisi prospekti, Ceyhun Hacıbəyli küçəsi istiqamətində;
Bakıxanov prospektində, Bakıxanov dairəsinin ətrafında, Ceyhun Hacıbəyli küçəsi istiqamətində;
Füzuli küçəsində, Şəmsi Bədəlbəyli, Səməd Vurğun küçələri, Azərbaycan prospekti istiqamətində;
Səməd Vurğun küçəsində, Bakıxanov və Füzuli küçələri istiqamətində;
Rəşid Behbudov küçəsində, Bakıxanov və Füzuli küçələri istiqamətində;
ƏLAQƏLİ
“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT - FOTO
Azadlıq prospektində, Bakıxanov və Füzuli küçələri istiqamətində;
28 may küçəsində, Puşkin və Yusif Səfərov küçələri istiqamətində;
Üzeyir Hacıbəyov küçəsində, Puşkin və Yusif Səfərov küçələri istiqamətində;
Yusif Səfərov küçəsində, Üzeyir Hacıbəyov küçəsi və Babək prospekti istiqamətində.
Bununla yanaşı, 74 küçənin kəsişməsində pilot layihəsi çərçivəsində yeni yol nişanları qoyulacaq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ