Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə yasamal rayonu,Bakı Dairəvi-1 avtomobil yolunun Yeni Yasamal sahəsinə keçən hissəsində, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.
Minval.info Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu məqsədlə, sözügedən yollar boyu bu gün saat 11:00-dan axşam saatlarına qədər avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 22 yaş gənc özünü binadan atdı
Şəhid qızını vurub öldürən biznesmen oğlu həbsxanadan çıxdı
Ermənistanda azərbaycanlı əsirin vəziyyəti pisləşdi
“Metropark” ticarət və əyləncə mərkəzi bağlanıb
Günə 10 ədəd “Hell” içən kişidən dəhşətli etiraflar: “Bədənim sönüb..."