Bakıdan Naxçıvana dəmir yolu xətti açıqlacaq
Bakı vağzalından Naxçıvan vağzalına qədər olan 1450 kilometr yol “Ştadler” tipli sürətli sərnişin qatarları ilə 18 saata qət olunacaq Naxçıvan-Bakı dəmir yolu xətti açılacaq.
Minval.info APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib. Hazırda İran üzərindən Naxçıvan Muxtar Respublikası ilə Bakı şəhəri arasında dəmir yolu xəttinin açılması istiqamətində işlər aparılır. Bununla bağlı İran İslam prezidenti Həsən Ruhaninin ölkəmizə ötən həftə gerçəkləşən səfəri zamanı razılıq əldə olunub.
C. Qurbanov Bakı vağzalından Naxçıvan vağzalına qədər olan 1450 kilometr yol “Ştadler” tipli sürətli sərnişin qatarları ilə 18 saata qət olunacağını nəzərə çatdırıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ