Bakıda yazıçı satıcının işdən qovulmasına səbəb oldu
Bakıda böyük supermarket şəbəkəsinin filiallarından birində gərgin anlar yaşanıb.
Minval.info xəbər verir ki, “Favorit” marketdə yazıçı Şəhriyar Del Garani ilə satıcı arasında mübahisə baş verib. Belə ki, o, mağazadan Rusiya istehsalı olan kolbasa almaq istəyib. Satıcı isə yazıçıya “”Məsləhətli “Min Bərəkət” və “Hacı Turqay” kolbasaları da varımızdı” – deyib. Bu, Şəhriyarı özündən çıxarıb. Daha sonra onlar arasında mübahisə olub.
Yazıçı sosial şəbəkə hesabında özü bu haqda məlumat verib.
Şəhriyar sərt şəkildə ona “Ay oğul, sən kimsən mənə məsləhət edəsən? Bu nə qeyri-mədəni davranışdır? Sizə etika öyrətmirlərmi işə götürəndə?” – deyib. Satıcı isə bunun qarşılığında yazıçıya “Mədəniyyətsiz özünsən, mən səni halala dəvət edirəm!”- sözlərini işlədib.
Bütün bunlardan sonra Şəhriyar filial müdirini çağırdığını bildirib. Satıcı ilə arasında olanlardan narazılığını söyləyərək onun işdən uzaqlaşdırılmasına nail olub.
Onu da qeyd edək ki, yazıçı Şəhriyar mağazada işləyən şəxs haqqında sərt sözlər yazıb.
Məsələni diqqətdə saxlayacağıq.
Minval.info
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
