Bakıda teatrda gənc yazarlar Həmid Herisçi ilə dalaşdı: Qonaqlar zalı tərk etdi
Dünən Bakıda kitab festivalı təşkil olunub.
Minval.info xəbər verir ki, ADO teatrında baş tutan festivala təxminən 30 nəfər gəlib. Onların arasında gənc yazarlar da olub.
Say azlığına baxmayaraq zalda gərgin anlar yaşanıb. Belə ki, zala festivala sonrada qatılan Həmid Herisçinin davranışları gənc yazarların xoşuna gəlməyib. Belə ki, onlar Herisçinin özündənrazı olduğunu hesab etdiklərindən qıcıqlanıblar. Elə buradan da aralarında xoşagəlməz polemika başlayıb. Daha doğrusu gənc yazarlar bir-bir Həmidə ironiya ilə söz atıblar. Deyişmə xarakteri alan söhbətin ardınca gənc yazarlardan biri Əsəd Qaraqaplanlı onun üstünə qışqırıb və “adam ol”, “yekə kişisən” kimi kobud ifadələr işlədib. Xüsusən Həmid Herisçinin mərhum Rafiq Tağı barədə dediklərinə etirazını bildirib.
Vəziyyət elə yerə çatıb ki, zala gələnlərdən biri Əsədin qışqıraraq danışmasından narazı qaldığını və bunu hörmətsizlik kimi qəbul etdiyini söyləyib. Baş verənlərdən sonra hamı oranı tərk etməyə başayıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Antalyada meşə yanğını: 450 nəfərlik müdaxilə
Girnə sahillərində gəmi qəzası: Ölənlərin sayı artdı
Milyoner iş adamı estetik əməliyyatda öldü
Çin-Nepal sərhədində torpaq sürüşməsi: 43 ölü, 519 itkin
Astarada bədbəxt hadisə: Başına boru düşən şəxs öldü
ABŞ Hörmüzdə gizli minatəmizləmə əməliyyatı aparıb
Qazaxda avtomobil qəzası: İki qardaş yaralandı