Bakıda tanınmış aktyor yol qəzasında xəsarət aldı - FOTO
Bakının Ziya Bünyadov prospektinin Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Minval.info report.az-a istinadən bildirir ki, Həziyev Yasin Qəni oğlu idarə etdiyi “90-XL-449” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən maşınında texniki nasazlıq yaranıb (Maşının benzin nasosu xarab olub). Avtomobildə olan aktyor sərnişin Fərhad Səmimi sürücüyə kömək etmək üçün aşağı düşüb.
Bu zaman taksi fəaliyyəti ilə məşğul olan 38 yaşlı Məmmədov Firdovsi Teyyub oğlunun idarə etdiyi “10-LB-746” dövlət qeydiyyat nişanlı “VAZ-2105” markalı avtomobil arxadan sürətlə gələrək “Mercedes”ə çırpılıb. Nəticədə aktyor Fərhad Səmimi yüngül bədən xəsarəti alıb. Ona ambulator yardım göstərilib.
Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO


