Bakıda şirkət rəhbəri onlarla sürücüdən pul alıb, qaçdı - Sürücülər aksiya keçirdi - VİDEO
Taksi şirkəti tərəfindən aldadılan sürücülər Bakıda etiraz aksiyası keçiriblər.
Minval.İnfo xəbər verir ki, “Taksi Park” adlı şirkət 200-ə yaxın şəxsi aldadıb. Şirkət internet üzərindən elan verərək icarəyə avtomobil verdiklərini bildiriblər. Bu elanı görən onlarla şəxs şirkətə gəlib, tələb olunan sənədləri və 500 manatı pulu veriblər.
Onlara günlük 23 manat icarə haqqı vermələri qarşılığında 5 iş günü ərzində avtomobillərin veriləcəyi deyilib. Şərt belə olub ki, şirkət sürücülərə “Saipa” markalı yeni avtomobil verməli imiş. Bunun qarşılığında ilkin ödəniş olaraq 500 manat, sonra isə günlük ödəniş olmalı imiş. Bu sözlərə inanan və adi kağıza imza atan şəxslər 500-1000 manat arasında ödəniş edib, maşınlarını alacaqları günü gözləyiblər. Sonda isə məlum olub ki, şirkət müdiri, İbrahim adlı şəxs pulları da götürüb, aradan çıxıb.
Aldadılan sürücülər isə şirkətin qarşısında etiraz aksiyası keçiriblər. Əraziyə polis əməkdaşları gəlib və şirkətdə çalışan məsul şəxsləri bölməyə aparıblar.
Daha ətraflı videoda:
Sani / Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
