Bakıda sərxoş sürücü aranı qatdı: Sərnişin pəncərədən yerdə düşdü - FOTO
Bakıda sərxoş sürücü işıqforun qırmızı işığından keçdiyindən onun idarə etdiyi nəqliyyat vasitəsi 3 avtomobilə çırpılıb, 3 nəfər xəsarət alıb.
Hadisə Nəsimi rayonunda baş verib.
Bəkirov Emil Şaiq oğlu idarə etdiyi 99-KD-519 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobil ilə 28 May küçəsi ilə yüksək sürətlə hərəkət edərək, Rəşid Behbudov küçəsində işıqforun qırmızı işığında yolu keçib. Nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsi işıqforun yaşıl işığında yolu keçən, Rzayev Rafiqin idarə etdiyi “Mercedes” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Mercedes” yol kənarında dayanan “VAZ 2104” və 10-RR-585 dövlət qeydiyyat nişanlı “Mercedes”-ə çırpılıb.
Toqquşma zamanı “Mercedes”in ön oturacağında əyləşən sərnişin açıq pəncərədən yerə düşərək xəsarət alıb. Bundan başqa, R.Rzayev və digər sərnişin də xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. İstintaq yolu ilə araşdırma aparılır.
Hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, “Toyota”nın sürücüsü sərxoş vəziyyətdə olub. O, yüksək sürətlə işıqforun qırmızı işığında yolu keçib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib

