Bakıda sərnişin avtobusu qəza törətdi: Sürücü qaçdı – Foto
Bakıda sərnişin avtobusu sürücüsünün qayda pozuntusu qəzaya səbəb olub.
Report xəbər verir ki, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
“108 A” saylı marşrut xəttinə məxsus sərnişin avtobusu işıqforun yaşıl işığından yüksək sürətlə keçərkən qəfil dönmə əməliyyatı edən “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə avtobus idarəetmədən çıxaraq, Yasamal “ATS”-i kimi tanınan inzibati binanın qarşısındakı “Mitsubishi” və “Tofaş” markalı avtomobillərə çırpılıb.
Qəzadan dərhal sonra əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Qəzanı törədən avtobus sürücüsü hadisə yerindən qaçıb.
İlkin məlumata görə, qəza zamanı xəsarət alan olmayıb.
Minval.info





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayamidə kargo təyyarəsi qəzaya uğradı: 5 ölü
Meksikada dini mərasimdə partlayış: 10 ölü, 64 yaralı
Göyçayda ana yıxıldı, körpə faciəvi öldü
Bakı yollarında tıxac və su sızması narahatlığı
Antalyada meşə yanğını: 450 nəfərlik müdaxilə
Girnə sahillərində gəmi qəzası: Ölənlərin sayı artdı
Milyoner iş adamı estetik əməliyyatda öldü