Bakıda "Qoç ət" restoranında zəhərlənmə: Ailə xəstəxanaya yerləşdirildi - Foto
Bakıda fəaliyyət göstərən “Qoç ət” restoranlar şəbəsindən birində zəhərlənmə hadisəsinin baş verdiyi bildirilir.
Bu barədə minval.info-ya məlumat verən paytaxt sakini Tural Allahverdiyev hadisənin iyunun 4-də qeydə alındığını söyləyib. Onun sözlərinə görə, dostu Rəfael Quliyev, onun ailəsi və ailəvi yaxınları Ramazan ayının son günündə “Qoç ət”in Binəqədi filialında iftar süfrəsində olublar.
“Dünən dostumun bayram namazında vəziyyəti pisləşib. Evə döndükdən sonra həyat yoldaşı və uşaqları ilə birgə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin müdaxiləsindən sonra Rəfaelin vəziyyəti yaxşılaşsa da, həyat yoldaşının səhhəti onunla müqayisədə yaxşı deyil. Uşaqlar da A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına yerləşdirilib. Özləri isə 1 saylı xəstəxanadadır” – T.Allahverdiyev saytımıza açıqlamasında söyləyib.
Tural bəy həmçinin deyib ki, dünən restoranın administratoru tibb müəssisənə dostuna baş çəkib: “Əvvəlcə bildirildi ki, restoran hadisədə məsuliyyət daşımır. Səbəb kimi isə məhsullarının yeni olduğu göstərildi. Administrator dedi ki, ekspertiza təyin edilsin. Bu gün isə yenidən xəstəxanaya gedib və söyləyib ki, nə lazım olsa, köməklik göstəriləcək”.
T.Allahverdiyev eyni zamanda bildirib ki, dostugillə birgə iftar edən ailəvi yaxınları da zəhərlənib, lakin onlara evdə həkim yardımı göstərildiyindən xəstəxanaya yerləşdirilməyib.
Məsələ ilə bağlı “Qoç ət” restoranının Binəqədi filialıyla əlaqə saxladıq. Zəngimizə cavab verən şəxs bir neçə dəqiqə sonra geridönüş edəcəklərini bildirdilər. Lakin xeyli müddət keçməsinə baxmayaraq, bununla bağlı heç bir açıqlama verilmədi.
ƏLAQƏLİ
SON DƏQİQƏMərmərə dənizində dəhşətli qəza: İki gəmi toqquşdu, 10 nəfərlik heyətlə əlaqə kəsildi – FÖVQALƏDƏ ƏMƏLİYYAT
***
“Qoç ət” restoranının məsul şəxsi saytımıza zəng vuraraq məsələ ilə bağlı münasibət bildirib:
“Bununla bağlı rəsmi müraciət daxil olmayıb. Bildiyiniz kimi, ölkədə dayanmadan virus yayılıb. Bir insanda ishal, qusma halı baş versə, ekspertiziyaya göndərməli və səbəbləri araşdırılmalıdır. Bilmək lazımdır ki, nədən zəhərlənib, düzdürmü? Bununla bağlı şikayət alsaq, sizə məlumat verərik”.
Samir Mirzə / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏPezeşkianın təyyarəsi təcili eniş etdi
Babək prospektində avtomobil yanaraq kül oldu
Antalyada 38 meşə yanğını nəzarətə alındı
Ermənistan-Azərbaycan sərhədində planlı partlayışlar gözlənilir
Şəkidə hotel yanğını: 5 nəfər təxliyə edildi
Bakıda sahibsiz it qadına hücum etdi
