Bakıda qaz əvəzinə su ilə dolu borular: Sakinlər nə edəcək?
Bakının Nərimanov rayonunda yerləşən bir yaşayış binasında qaz xəttinə su dolması səbəbindən sakinlər iki gündür qazsız qalıb.
Minval.info xəbər verir ki, hadisə Əşrəf Əliyev küçəsi 37 ünvanında yerləşən beşmərtəbəli binada baş verib. Sakinlərin bildirdiyinə görə, mənzillərdən birində aparılan təmir işləri zamanı su və qaz xətləri səhvən birləşdirilib. Bu səbəbdən qaz borusuna su dolub və binanın qaz təchizatında problem yaranıb.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Novruz Məmmədzadə bildirib ki, əməkdaşlar ərazidə qəzanın aradan qaldırılması üçün iş aparırlar. Onun sözlərinə görə, üçbloklu binanın iki blokunda qaz təchizatı artıq bərpa edilib. Sonuncu blokda isə qaz xəttindəki suyun çıxarılması istiqamətində işlər davam etdirilir.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı