Bakıda Qarabağ əlili öldürüldü - TƏFƏRRÜAT
Bakıda 44 yaşlı kişi döyülərək öldürülüb.
Minval.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.
Məlumata görə, 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu Rəşid İsmayılov küçəsində naməlum şəraitdə döyülüb. O, baş və boyun nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ancaq xəsarətləri ağır olduğundan həkimlər M.Əhmədovun həyatını xilas edə bilməyib və xəstəxanada dünyasını dəyişib.
Hadisənin təfərrüatlarını Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları araşdırır. Polisin verdiyi məlumata görə, M.Əhmədov Qarabağ müharibəsi əlilidir. Onun kim tərəfindən və hansı şəraitdə döyülməsi isə hələlik məlum deyil.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib