24.01.2018 - 09:04
Hadisə 2 baxış

Bakıda partlayış: Bir nəfər yaralanıb

Bakının Qaradağ rayonunda yerləşən metaləritmə sexində bədbəxt hadisə baş verib.

Minval.info “Report”a istinadən xəbər verir ki, müəssisədə qeydə alınan partlayış zamanı 1982-ci il təvəlüdlü Ədilov Mustafa Kamal oğlu xəsarət alıb.

Partlayış o, cihazda işləyən zamanı baş verib. İşçi dizində xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun sol ayağı amputasiya edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: