19.01.2018 - 18:05
Hadisə 1 baxış

Bakıda “ölümə gedən piyada” kameraya düşdü – VİDEO

Bakının Nərimanov rayonunda baş vermiş qəzanın görüntüləri yayılıb.

Minval.İnfo oxu.az-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, avtobusdan düşüb yolu təyin olunmamış yerdən qaçaraq keçmək istəyən piyadanı “Tofaş” markalı avtomobilin sürücüsü vurub.

Zərbə nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: