Bakıda musiqiçi özünü niyə öldürdü? - TƏFƏRRÜAT
Hadisə paytaxtın Yasamal rayonunda baş verib. Musiqiçi Həsənov Pircan Nurməmməd oğlu sirkə turşusu içərək özünü zəhərləyib.
O, xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu axşam.az-a bildirib ki, onun qonşusu ilə arasında mübahisəsi olub: “Məhkəmə işindən sonra buna cəza verilib. O da səhər durub nəsə içib və özünü öldürüb”.
Criminal.az yazır ki, Pircan Həsənov Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı olub.
Mərhumun yaxınlarının verdiyi məlumata görə, P.Həsənovun barəsində polisdə bir müddət əvvəl etdiyi davaya görə araşdırma aparılırmış.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda təyyarə eniş etdi - Həyəcan siqnalı verildi (FOTOLAR)
Bakıda mağazanın vitrinindən qızıl əşyalar oğurlayan şəxs tutulub
Hacı Şahinin xütbəsində onu təhqir etdilər
DTX daha bir icra başçısını saxladı — SON DƏQİQƏ
ABŞ-da qəzada ölən azərbaycanlı gəncin FOTOLARI
Bakıda liftlərdə seksual hərəkətlər edən manyak saxlanıldı
Füzulidə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib
