Bakıda məmur balaları tuneli bağlayıb şampan içdilər (Video)
Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayımlanıb.
Çox bahalı avtomobillərdən düşmüş gənclər, toy karvanı ilə tuneldəki yolu kəsərək, rəqs ediblər və birbaşa yolun ortasında atəşfəşanlıq təşkil ediblər.
Yolda nəhəng tıxac yaransa da, gənclər şənliklərini davam etdiriblər və faktiki olaraq, prospektdə hərəkəti iflic halına salıblar. Kadrlarda tunelin girişində gözləmək məcburiyyətində qalmış onlarla avtomobil görünür.
Gənclərin şəxsiyyəti barədə heç bir məlumat yoxdur, lakin bildirilir ki, bunlar öz dostlarının toyunda bu cür əylənmək fikrinə düşmüş məmur balalarıdır.
https://youtu.be/oud7ecg3928
(virtualorg.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BŞİH-də saxta sərəncam qalmaqalı: Həbslər gözlənilir
Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı AÇIQLAMA
Yanvarda Bakıya qar yağacaq? - Sinoptiklərin AÇIQLAMASI
7 məhkəmə sədrinin səlahiyyətinə xitam verildi — 8 hakim isə...
Məktəb direktoru katibənin maaşını mənimsədi, cinayət işi açıldı
Vilyam Hacıyev həbsdə namaza başladı