Bakıda məktəbin qarşısında uşaqlara narkotik tərkibli KONFET PAYLANIR - FOTO/VİDEO
Paytaxtın 23 saylı məktəbin qaşısında uşaqlara narkotik tərkibli həblərin paylanması barədə məlumat yayılıb.
“Vatsap”da valideynlərdən birinin yaydığı səs yazısında bildirilir ki, konfet formasında olan bu həblər uşaqlara heç bir səbəb olmadan paylanılır.
Bu həblərin uşaqlarda narkotik asılılığı yaratması təhlükəsi istisna olunmur. Digər məktəblərin də qarşısında belə təhlükənin olmaması üçün valideynlər bir-birini xəbərdar edir.
Yayılan xəbərlə bağlı Milli Qəhrəman Tahir Həsənov adına 23 saylı orta məktəbin direktoru Yuliya Kərimova Publika.az-a açıqlama verib.
Direktor bildirib ki, valideynlər tərəfindən belə bir problemlə bağlı müraciət daxil olmayıb:
“Valideynləri narahat edən məqamlarla bağlı müəllimlərə, direktor müavinlərinə məlumat verirlər. Bu məsələni ilk dəfə sizdən eşidirəm. Bundan başqa, məktəbin 4 tərəfi kamera ilə əhatə edilib. Məktəbin qarşısında uşaqlara nə isə satılması, paylanması mümkün deyil. Çünki kamera ilə yanaşı mühafizəçilər də daim məktəbin ətrafında şagirdlərə nəzarət edir. Belə bir hal müşahidə olunmayıb”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Zəhər tuluğu”nun inzibatçısı qrim ustasının ərini bıçaqlayıb - Təfərrüat
"Qalatasaray"ın prezidenti şəhidimizdən danışdı
Əhliman Əmiraslanovun oğlunun oğurlanması xəbəri ilə bağlı AÇIQLAMA
Füzuli aeroportunda ilk rəsmi qarşılama Ərdoğan üçün təşkil olunacaq
Dünyanın ən təhlükəsiz avtomobili Bakıda belə yandı (VİDEO)
Şuşanın yeni görüntüləri – VİDEO
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar