11.02.2018 - 18:40
Vacib
26 baxış
Bakıda "konduktor" sərnişinləri özündən çıxartdı - Qəribə hadisə...
Bakıda ictimai nəqliyyatda qəribə hal yaşanıb.
Minval.info xəbər verir ki, 114 nömrəli marşrut avtobusunda bir nəfər sərnişinlərdən pul yığıb və nəqliyyat vasitəsini tərk edib.
Hadisə şahidləri bildirir ki, həmin şəxs sərnişinlərə yaxınlaşıb və onlara əlini açıb. Avtobusda olanlar isə ona pul veriblər. Həmin şəxs isə hamıdan 20 qəpik yığdıqdan sonra nəqliyyat vasitəsindən enərək oradan uzaqlaşıb. Bunu görən bəzi sərnişinlər narazılıqlarını dilə gətiriblər. Onlar həmin şəxsin konduktor olduğunu düşündüklərini əsas gətirərək gediş haqqını ödəməkdən imtina ediblər. Lakin sonradan sərnişinlərdən pul yığanın dilənçiliklə məşğul olduğu ortaya çıxıb.
S.M
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
26.07.2026 - 15:24
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
06.02.2026 - 14:54
Ukraynada korrupsiya qalmaqalı böyüyür
19.11.2025 - 17:17
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
19.11.2025 - 16:38
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
19.11.2025 - 15:12
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
19.11.2025 - 15:05