Bakıda fotoqraf restoranı məhkəməyə verir – Maraqlı səbəb - FOTO
Texnologiyanın inkişafı ilə sosial şəbəkələrin yaranması informasiya mübadiləsinin asanlaşmasına gətirib çıxardı.
Həmin informasiya mənbələrindən biri də, şübhəsiz, fotoqrafların əzab-əziyyətlə çəkdikləri fotoşəkillərdir. Təəssüf ki, bir çox halda onların da müəllif hüquqları pozulur, fotoları icazələri olmadan müxtəlif məqsədlərlə istifadə olunur.
Zərərçəkən qismində minval.info-ya danışan fotoqraf Elxan Qəniyevin sözlərinə görə, İnqilab prospektində ailəvi kabab evi kimi fəaliyyət göstərən restoran, müəllifin çəkdiyi fotoşəkili icazəsi olmadan özünün reklam lövhəsində istifadə edib:
“Müəllif hüquqlarım tapdanıb. Haqlı olsam da, nə edəcəyimi bilmirəm. Amma nə yolla olursa-olsun haqqımı tələb edəcəyəm”.

Məsələ ilə bağlı ilk olaraq adıçəkilən restoranla əlaqə saxladıq. Amma suallarımıza cavab ala bilmədik. Restorandan bizə bildirdilər ki, onların bu məsələdə heç bir günahları yoxdur:
“Reklam banneri sifariş etdik, hazırladılar, gətirdilər. Oraya vurulan fotodan xəbərimiz yoxdur”.
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən minval.info-ya bildirdilər ki, fotonun müəllifi həmin şəklin ona məxsus olduğunu isbat edəcəyi halda ona hüquqi kömək edə bilərlər:
“Hətta biz məhkəmə zamanı da fotoqrafın müəlliflik hüququnu qorumaq üçün əlimizdən gələni edəcəyik”.
Fərid Özay
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sülhməramlılar jurnalistlərimizi Xocalıya buraxmadı
Azərbaycanda qalmaqallı cinayət işi - 3 yaşlı qıza təcavüz edilib?
Səhiyyə nazirinin müavini: "Vaksinasiya pulsuz həyata keçiriləcək"
Xərçəngdən də ağır xəstəlik meydana çıxa bilər - Şok açıqlamalar
Xudayarla bağlı “zarafat”ına görə döyülən gənc danışdı - VİDEO
Bakıda təcavüzdə ittiham olunan həkim məhkəmədə bəraət alıb — Şok təfərrüat