Bakıda etiraz aksiyası - FOTOLAR
Bu gün Bakının Yasamal rayonunda bir qrup sakin A. M. Şərifzadə küçəsində etiraz aksiyası keçirdib.
Minval.info Yenicag.az-a istinadən xəbər verir ki, etiraza səbəb həmin ərazidə yaşayan sakinlərin iki aya yaxın bir müddətdə təbii qazdan məhrum olmasıdır.
Onlar əvvəlcə avtomobil yolunu bağlasa da, polisin müdaxiləsindən sonra maşınların hərəkəti bərpa edilib.
Hadisə yerinə Yasamal rayon icra hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev gələrək, sakinlərlə söhbət edib. Qurum rəsmisi “Azəriqaz”la danışdığını, qazın təzyiqinin artırılacağını bildirib.
Buna baxmayaraq, sakinlər hələ də qazın təzyiqinin olduğu kimi qaldığını bildirərək, etirazlarına davam ediblər.
Qeyd edək ki, 2 saatdan çox davam edən etiraz aksiyası zamanı “Azəriqaz” rəsmilərindən heç kim gəlməyib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib


